...

Azərbaycan və Dağıstanın iqtisadi potensialı müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 20 Fevral 2023 18:02 (UTC +04:00)
Azərbaycan və Dağıstanın iqtisadi potensialı müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycana səfər çərçivəsində Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Rusiya Federasiyası, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır.

Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Rusiya Federasiyasının digər regionları kimi, Dağıstanın da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini vurğulayıb, biznes dairələri arasında əlaqələrin inkişafının və birgə layihələrin icrasının iqtisadi potensialın daha geniş reallaşdırılmasında önəmini qeyd edib.

Tərəflər ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti