...

Azərbaycan və Britaniya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 23 Fevral 2023 13:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya XİN-in Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə tanış olub.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tvitter hesabında paylaşım edib.

"Ölkələrimizin gömrük orqanları arasında əlaqələrin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə əməkdaşlığın perspektivlərindən söhbət açdıq", - deyə Ş.Bağırov qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir. Nazir Azərbaycanda bir sıra rəsmi görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti