...

Azərbaycanda yanvar ayında avtomobil benzininin istehsalı azalıb

İqtisadiyyat Materials 23 Fevral 2023 20:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yanvar ayında avtomobil benzininin istehsalı azalıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, avtomobil benzininin istehsalında 4,5 faiz azalma qeydə alınıb.

Ümumilikdə, yanvar ayı ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 307,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 9,0 faiz azalıb.
Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 62,9 faiz, neft koksunun istehsalı 32,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,0 faiz artıb, ağ neft istehsalı 16,8 faiz, neft bitumu istehsalı 36,5 faiz, mazut istehsalı isə 93,0 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti