...

Orta Dəhliz böyük tranzit potensialına malikdir - Ümumdünya Gömrük Təşkilatı

İqtisadiyyat Materials 15 Mart 2023 13:00 (UTC +04:00)
Orta Dəhliz böyük tranzit potensialına malikdir - Ümumdünya Gömrük Təşkilatı
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz böyük tranzit potensialına malikdir.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə Bakıda keçirilən çoxtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, bu dəhliz ölkələrin iqtisadiyyatlarının inkişafını dəstəkləmək və əməkdaşlığı tənzimləmək üçün yaxşı layihədir.

"Sənəd dövriyyəsinin rəqəmsal mühitə keçirilməsi əməkdaşlığımızın ayrılmaz tərkib hissəsini təşkil edir və mən ötən il Avropa İttifaqının (Aİ) böyük tədbirlərinin birində bu məsələni qaldırmışam. Aİ və təşkilat nümayəndələri dəstəklərini ifadə etdilər. Biz Orta Dəhlizin inkişaf proseslərinə AYİB və ÜTT vasitələrini cəlb etməyi planlaşdırırıq", - o deyib.

Mikuriya həmçinin ÜTT-nin yaxın üç il ərzində gömrük orqanları və yükdaşıyanlar arasında şəxsi kontaktların azaldılması məsələsini gözdən keçirəcəyini bildirib

"Blokçeyn texnologiyasından istifadə bu fəaliyyətin rəqəmsallaşdırılmasını sürətləndirəcək və biz həmçinin rəqəmsallaşdırma prosedurlarına bu texnologiyaların tətbiqini nəzərdən keçirəcəyik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti