...

Visa Azərbaycan nəqliyyatında nağdsız ödənişləri genişləndirməyə hazırdır - Regional menecer

İqtisadiyyat Materials 29 Mart 2023 12:56 (UTC +04:00)
Visa Azərbaycan nəqliyyatında nağdsız ödənişləri genişləndirməyə hazırdır - Regional menecer
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Visa" bazarın bütün iştirakçıları ilə nəqliyyatda nağdsız ödənişlərin işə salınması üzərində işləməyə hazırdır.

Bu barədə "Visa"nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Trend-ə müsahibəsində deyib.

O, Azərbaycanın dəmir yolu nəqliyyatında nağdsız ödənişləri ilk dəfə "Visa"nın işə saldığını xatırladıb.

"Bu gün Abşeron dairəvi dəmir yolunun 14 stansiyasında nağdsız ödənişlərin qəbulu üçün müvafiq validatorlar quraşdırılıb. 2022-ci ildə biz həmçinin Azərbaycanda ilk dəfə Mobility & Transit Transaction (MTT) texnologiyasını işə saldıq. MTT modeli operatorların sərnişinlərə bir sıra çevik tariflər, o cümlədən sabit tariflər, məsafə və zamanı nəzərə alan tariflər, multimodal tariflər, habelə tarifin məhdudlaşdırılması, güzəşt və gecikməyə görə vəsaitin geri qaytarılması kimi funksiyalar təklif etməsinə imkan verir", - o əlavə edib.

N.Hacıyev "Visa" şirkətinin Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərməkdən məmnun olduğunu qeyd edib.

"Biz bütün nəqliyyat təşkilatları ilə işləməyə açığıq və ölkə nəqliyyatında bank kartlarının qəbulunun genişləndirilməsi üçün əməkdaşlığı davam etdirməyə hazırıq", - regional menecer deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti