...

Bakıda muzdlu işçilərin nominal əməkhaqqısına dair məlumatlar açıqlanıb

İqtisadiyyat Materials 29 Mart 2023 21:00 (UTC +04:00)
Bakıda muzdlu işçilərin nominal əməkhaqqısına dair məlumatlar açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar ayında Bakı şəhərində muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,5 faiz artaraq 1 086,9 manat olub.

Trend bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,8 faiz artaraq 856,2 manat olub.

Xatırladaq ki, 2022-ci ildə Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2021-ci ilin göstəricisi ilə müqayisədə 5 faiz artaraq 30,819 milyard manat olub. Hesabat dövründə Bakı ticarət şəbəkəsində qida məhsulları, içki və tütün məhsullarının satışı ötən ilin analoji dövrü ilə müqayisədə 16,9 faiz artaraq 18,698 milyard manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti