...

AİB Azərbaycanın ÜDM artımına dair proqnozu yeniləyib

İqtisadiyyat Materials 4 Aprel 2023 10:00 (UTC +04:00)
AİB Azərbaycanın ÜDM artımına dair proqnozu yeniləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ÜDM artımının 2023-cü il 3,5 faiz təşkil edəcəyini gözləyir.

Trend "Asian Development Outlook" hesabatına istinadən xəbər verir ki, bank ölkənin iqtisadi artımının bərpa olunmağa başlayacağını və 2024-cü ildə 3,8 faiz təşkil edəcəyini gözləyir.

"Proqnozlara əsasən, 2023-cü ildə artım orta dərəcəli olacaq və 2024-cü ildə cüzi sürətlənəcək. Onun 2023-cü ildə 3,5 faizədək ləngiməsi qeyri-karbohidrogen iqtisadiyyatında ən aşağı artım göstərəcək və çox güman ki, 2022-ci ildə neft yataqları infrastrukturunun bərpasından sonra 2024-cü ildə neft hasilatı ilə 3,8 faizədək bərpa olunacaq", - bankın hesabatında deyilir.

AİB ekspertləri Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 7 faizədək, 2024-cü ildə isə 6,5 faizədək ləngiyəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan hökuməti ÜDM-in müvafiq olaraq 6,9 faiz və 4,5 faiz orta illik inflyasiya ilə 2023-cü ildə 2,7 faiz, 2024-cü ildə isə 4,1 faiz artacağını proqnozlaşdırır.

2022-ci ildə Azərbaycanda ÜDM 4,6 faiz artmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti