Bakı. Trend:
Qazaxıstan Qarabağın yenidən qurulmasında iştirakını genişləndirməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində deyib.
Onun sözlərinə görə, pandemiya və 2-ci Qarabağ müharibəsindən sonra Qazaxıstanın Azərbaycanla əməkdaşlığı əhəmiyyətli dərəcədə artıb.
"Əsas əməkdaşlıq layihələrini Xəzər dənizindəki layihələr, xüsusən sualtı kabelin çəkilişi, Azərbaycana Qazaxıstan neftinin tədarükü təşkil edir", - o deyib.
Səfir tərəflərin əməkdaşlığı təkcə ikitərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində gücləndirməli olduqlarını vurğulayıb.