...

Azərbaycanla Qazaxıstan arasında imzalanmış biznes sazişlərinin dəyəri açıqlanıb

İqtisadiyyat Materials 5 Aprel 2023 12:04 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında imzalanmış biznes sazişlərinin dəyəri açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan və Qazaxıstan şirkətləri 52 milyon dollar dəyərində sazişlər imzalayıblar.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, qarşıdakı iki gün ərzində sazişlərin sayının və dəyərinin artacağı gözlənilir.

Xatırladaq ki, aprelin 5-də iki ölkənin şirkətləri arasında Qazaxıstandan Azərbaycana metal məhsulların və polad lövhələrin tədarükü üzrə saziş imzalanıb. Həmçinin Qazaxıstandan Azərbaycana qida məhsulları və qənnadı məmulatlarının, akkumulyator və transformatorların tədarükü üzrə saziş imzalanıb.

Qeyd edək ki, aprelin 5-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti