...

Bakıda Azərbaycan və Qazaxıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək

İqtisadiyyat Materials 5 Aprel 2023 12:16 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev çərşənbə günü Azərbaycan-Qazaxıstan Biznes Forumunun kuluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qazaxıstan Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında, investisiyalar sahəsində, habelə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bundan başqa, Trend-in Qazaxıstanın Bakıdakı səfirliyindən əldə etdiyi məlumata görə, iclasda Qazaxıstan tərəfindən ticarət və inteqrasiya naziri Serik Jumanqarin və ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev iştirak edəcəklər.

İclasda iki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti