...

Azərbaycan-Qazaxıstan ticarət missiyası çərçivəsində 55 milyon dollar dəyərindən artıq sazişlər imzalanıb - Nazir

İqtisadiyyat Materials 7 Aprel 2023 14:48 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan ticarət missiyası çərçivəsində 55 milyon dollar dəyərindən artıq sazişlər imzalanıb - Nazir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən ticarət missiyası çərçivəsində dəyəri 55 milyon dollardan artıq olan səkkiz saziş imzalanıb.

Trend cümə günü xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazir müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasında deyib.

Ticarət və inteqrasiya naziri Bakıdakı ticarət missiyasının uğurunu qeyd edərək qarşılıqlı missiyaların yarımillik əsasda davam etdirilməsini təklif edib.

O, Azərbaycanla Qazaxıstan arasında inkişaf etməkdə olan strateji əlaqələri qeyd edib.

S.Jumanqarin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ilin avqustunda Azərbaycana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın vacibliyini qeyd edib.

Nazir ticari əlaqələrin inkişafı kontekstində 400-500 milyon dollarlıq ticarət həcminin aşağı göstərici olduğunu vurğulayıb. Nazir Bakı və Astananın reallaşdırılmalı böyük potensiala malik olduqlarını əlavə edib. O həmçinin Azərbaycan bazarının Qazaxıstan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir tranzit və nəqliyyat əməkdaşlığı çərçivəsində Azərbaycanla tərəfdaşlığın vacibliyini vurğulayıb. Biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində məhdudlaşdırıcı faktorların aradan qaldırılmasında maraqlıyıq. O, TBNM çərçivəsində əməkdaşlığın effektivliyini artırmaq üçün Azərbaycanla Qazaxıstan arasında birgə müəssisənin yaradılmasının vacibliyini qeyd edib.

Nazir komissiya iştirakçılarını fiber-optik rabitə xətlərinin çəkilməsi üzrə layihənin işi barədə məlumatlandırıb. O, Qazaxıstanın lazımı infrastrukturun təşkili və layihənin maliyyələşdirilməsi ilə əlaqədar məsələlərin həlli üzərində çalışdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti