...

İstanbul Maliyyə Mərkəzinin açılış tarixi açıqlanıb

İqtisadiyyat Materials 11 Aprel 2023 14:46 (UTC +04:00)
İstanbul Maliyyə Mərkəzinin açılış tarixi açıqlanıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə may ayının ilk həftəsində İstanbul Maliyyə Mərkəzinin açılış mərasimi baş tutacaq.

Trend-in məlumatına görə, TurkicWorld xəbər verir ki, bankların 25 faizi köçmə prosesini tamamlayıb.

Məlumata əsasən, Türkiyənin 40 və 46 mərtəbəli iki hündür qüllədən ibarət “Zirrat Bank”, 34 və 36 mərtəbəli qüllələrdən ibarət “Halkbank”, 52 mərtəbədən ibarət “Vakıfbank”-ın binaları artıq tamamlanıb.

“Ziraat Bank”, “Vakıfbank” və “Halkbank”-ın 700-800 nəfərlik işçi heyəti artıq İstanbul Maliyyə Mərkəzində öz yerini alıb.

Qeyd edək ki, İstanbul Maliyyə Mərkəzi layihəsi 2012-ci ildə sığorta şirkətlərindən banklara qədər müxtəlif qurumların tək bir mərkəzdə cəmlənməsi məqsədi ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti