...

Türkiyənin KEMANKEŞ raketi TEKNOFEST-də nümayiş etdiriləcək

İqtisadiyyat Materials 12 Aprel 2023 14:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Baykar şirkəti KEMANKEŞ raketini TEKNOFEST-də nümayiş etdirəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Baykar şirkətinin texniki direktoru TCG Anadolu hərbi hücum gəmisinin inventara daxil olma mərasimində bildirib.

Bayraktar bildirib ki, KEMENKEŞ Bayraktar TB3-dən atıla biləcək bir neçə yüz kilometr mənzilli yüngül qanadlı raketdir.

Xatırladaq ki, ilk dəfə 30 avqust 2022-ci ildə TEKNOFEST Karadenizdə xalq qarşısına çıxan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA ilk uçuşunu 14 dekabr 2022-ci ildə edib.

Milli və yerli imkanlarla Baykar tərəfindən hazırlanan Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu (Amfibiya Hücum Gəmisi) kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Bayraktar TB3-ün imkanları bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq.

Görmə xəttinin kənarında da əlaqə qurma qabiliyyətinə sahib olacaq Bayraktar TB3 beləliklə çox uzaq məsafələrdən idarə oluna biləcək.

Qeyd edək ki, Baykar, Amerika, Avropa və Çinli rəqiblərini geridə qoyaraq, Küveyt Müdafiə Nazirliyi ilə imzaladığı müqavilə ilə Bayraktar TB2 üçün 370 milyon dollarlıq ixrac müqaviləsi ilə 2023-cü ilə başlayıb.

İlk gündən bu zamana qədər bütün layihələrini öz imkanları ilə həyata keçirən Baykar, 2003-cü ildə İHA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 75%-ni ixracdan əldə edib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, 2021-ci ildə Baykar şirkəti müdafiə və aerokosmik sənayenin ixracat lideri olub.

2022-ci ildə imzalanan müqavilələrdə ixrac nisbəti 99,3 faiz olan Baykar 1,18 milyard dollarlıq ixracat həyata keçirib.

Müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçısı olan Baykarın 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi var.

Bayraktar TB2 SİHA üçün 28 ölkə ilə, Bayraktar AKINCI TİHA üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti