...

Türkiyə ən çox turist qəbul edən üçüncü ölkə olmağı bacardı - Mehmet Nuri Ersoy

İqtisadiyyat Materials 12 Aprel 2023 16:27 (UTC +04:00)
Türkiyə ən çox turist qəbul edən üçüncü ölkə olmağı bacardı - Mehmet Nuri Ersoy

Bakı. Trend:

Türkiyə ən çox turist qəbul edən üçüncü ölkə olmağı bacardı.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, EMITT Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisinin açılış proqramındakı çıxışı zamanı danışıb.

“Türkiyə turizmi pandemiya dövründə də böyük bir irəliləyiş əldə edib. 2022-ci ilin əvvəlində 42 milyon turist və 35 milyard dollar gəlir hədəfi ilə yola düşdük. Biz bu hədəfi il ərzində üç dəfə yuxarıya doğru nəzərdən keçirdik. İlin sonuna turizm gəlirlərimiz 46,3 milyard dollara, ziyarətçi sayımız isə 51,4 milyon ziyarətçiyə çatdı. 2019-cu illə müqayisədə 2022-ci ilin sonunda bu rəqəmlərin yalnız 70 faizinə çata bildik. Ən çox turist qəbul edən üçüncü ölkə olmağı bacardıq. Həm böhranı çox yaxşı idarə etdik və həm də böhrandan sonra ən yaxşı göstəriciyə malik ölkə olduq. Paylaşılan rəqəmlər Türkiyənin turizmdə super liqaya yüksəldiyini göstərir. 2028-ci il hədəfimizi 90 milyon turist və 100 milyard dollar gəlir olaraq açıqladıq. İnşallah, bir-bir bu məqsədlərə nail olacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, dünyada ən çox turist qəbul edən ölkələr sırası ilə bunlardır: Fransa, ABŞ, Türkiyə, İspaniya, Meksika, Rusiya, İtaliya, Çin, Böyük Britaniya və Almaniya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti