...

İstanbul Maliyyə Mərkəzi fərqli ekosistem yaradacaq - Ərdoğan

İqtisadiyyat Materials 17 Aprel 2023 16:27 (UTC +04:00)
İstanbul Maliyyə Mərkəzi fərqli ekosistem yaradacaq - Ərdoğan

Bakı. Trend:

İstanbul Maliyyə Mərkəzi üç qitənin birləşdiyi İstanbulda fərqli ekosistem yaradacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəzin açılış mərasimində bildirib.

"İstanbul Maliyyə Mərkəzi ölkəmizə kapital axınını asanlaşdıracaq. Yerli və xarici maliyyə qurumları bölgədə fəaliyyətə başladıqdan sonra İstanbul Maliyyə Mərkəzi ölkəmizin iqtisadiyyatına töhfə verəcək.", - deyə prezident əlavə edib.

Qeyd edək ki, 1,3 milyon kvadrat metr ofis sahəsi, 100 min kvadratmetr ticarət mərkəzi, 2 min 100 nəfərlik konqres mərkəzi, beş ulduzlu oteli olan layihənin banklar mərhələsinin tamamlanması ilə Türkiyədən və xaricdən əhəmiyyətli bank və maliyyə qurumlarının İstanbul Maliyyə Mərkəzinə cəlb ediləcəyi gözlənilir.

İstanbul Maliyyə Mərkəzi layihəsi 2012-ci ildə sığorta şirkətlərindən banklara qədər müxtəlif qurumların tək bir mərkəzdə cəmlənməsi məqsədi ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti