...

Slovakiya qazın Avropanın digər hissələrinə paylanmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilər - Nazir

İqtisadiyyat Materials 25 Aprel 2023 13:56 (UTC +04:00)
Slovakiya qazın Avropanın digər hissələrinə paylanmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilər - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Sofiya. Trend:

Slovakiya qazın Avropanın digər hissələrinə paylanmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilər.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), "FRGZ" (Macarıstan), "EURSTREAM" (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanma mərasiminin kuluarlarında jurnalistlərə deyib.

"Slovakiya Bolqarıstan, Rumıniya, Macarıstan və Azərbaycanla birlikdə "Həmrəylik halqası" ilə Azərbaycan qazının tədarükünə dair bu gün imzalanan memorandumun iştirakçılarından biridir.

Azərbaycan çox cəlbedici qaz mənbəyidir. Bilirik ki, Azərbaycan nefti bizim regiona, neft emalı zavodlarına nəql olunur. Ümid edirəm ki, Azərbaycanla qaz bazarında da uzunmüddətli əməkdaşlığı yoluna qoya biləcəyik. Slovakiya buna hazırdır. Bizim boru kəmərlərimiz, dəhlizlərimiz mövcuddur, Polşa ilə, bütün qonşularımızla, Çexiya ilə və digərləri ilə əlaqələrimiz var. Bu səbəbdən qazın Avropanın digər hissələrinə paylanmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilərik. Bizim qaz anbarımız var və SOCAR bizim üçün mühüm tərəfdaş ola bilər", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti