...

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən edilir

İqtisadiyyat Materials 11 May 2023 11:10 (UTC +04:00)
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları) kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirirlər.

Kosmik fəaliyyətin həyata keçirilməsinə kosmik operatorla bağlanan müqavilə əsasında xarici kosmik operatorun cəlb edilməsinə yol verilir.

Bu Qanunun 10.1-ci maddəsində göstərilən kosmik fəaliyyətin subyektləri beynəlxalq təşkilatların, xarici dövlətlərin və digər xarici şəxslərin kosmik obyektlərini və kosmik sənaye obyektlərini bu Qanunun məqsədləri üçün icarəyə, kirayəyə, əvəzsiz istifadəyə götürmək hüququna malikdirlər.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektin digər dövlətin hava məkanında uçuşu Müqaviləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tənzimlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti