Bakı. Trend:
Hesablama Palatası Mərkəzi Bankın yalnız bir fəaliyyətini yoxlaması məsələsinə aydınlıq gətirilib.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, dünyada belə bir praktika yoxdur ki, hansısa üçüncü qurum gəlib mərkəzi bankın monitar siyasətinin auditini etsin. “Hesablama Palatası da bunu başa düşür ki, AMB-nin monitar siyasətinin auditini həyata keçirə bilməz. Qurumlar arasında anlaşma olub. Buna görə də Hesablama Palatası Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətini yoxlaya biləcək”, - deyə o əlavə edib.