...

Milli Məclis 2022-ci il dövlət büdcəsinin icrası haqqında layihəni ikinci oxunuşda qəbul etdi

İqtisadiyyat Materials 6 İyun 2023 13:20 (UTC +04:00)
Milli Məclis 2022-ci il dövlət büdcəsinin icrası haqqında layihəni ikinci oxunuşda qəbul etdi

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda qəbul edilib.

Trend-in məlumatına görə, layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 30 milyard 679 milyon 646,4 min manat, xərcləri 32 milyard 64 milyon 568,0 min manat məbləğində olmaqla qəbul edilib.

Xəbər lenti

Xəbər lenti