...

Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq açıqlama

İqtisadiyyat Materials 6 İyun 2023 14:10 (UTC +04:00)
Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq açıqlama

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il may ayının qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2023-cü ilin may ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin may ayına nisbətən 10.3% artım müşahidə edilib (cədvəl 1). Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin may ayına nisbətən 11.7% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 10.2% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 6.8%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 13.6% artım izlənilib.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti