...

Yeni dəyişikliklər başqa banklara necə təsir edəcək? - Gözləntilər... (VİDEO)

İqtisadiyyat Materials 8 İyun 2023 10:47 (UTC +04:00)
Yeni dəyişikliklər başqa banklara necə təsir edəcək? - Gözləntilər... (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bank qanunvericiliyi il bağlı gözlənilən dəyişikliklər ölkədə ilk növbədə investisiya mühitinin inkişafına, pul-kredit siyasətinin yumşalmasına istiqamətlənməlidir.

Bunu Trend-ə iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O qeyd edib ki, regionlarda bank fialiallarının açılması ilə bağlı təkanverici addımların atılması müsbət hal kimi dəyərləndirilməlidir.

“Eyni zamanda ehtiyyatların mərkəzi bankda saxlanılması ilə baölı da yumşalmalara ehtiyac var. Bank sektorunun iqtisadi inkişafa yönəlik rolu investisiya artımına xidmət etməkdən ibarət olmalıdır. Ona görə də qanunvericiliyı dəyişikliyin də investisiya artımına yönəlik olması zəruridir”, - deyə o əlavə edib.

Qeyd edək ki, bank və maliyyə sektoru ilə bağlı Milli Məclisdə 40-a yaxın qanuna, o cümlədən “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişkiliklərə əsasən, Mərkəzi Banka yeni səlahiyyətlər verilir, bankların lisenziya alma qaydaları dəyişir, bankların regionlarda fililallarının açılması ilə bağlı yenilik edilir, bankların investisiya yönümlü fəaliyyəti təşviq edilir.

Ekspertin mövzu ilə bağlı geniş açıqlamasını videodan izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti