...

Bu il Azərbaycanda istehlakçılara 161 min manatdan çox vəsait geri qaytarılıb

İqtisadiyyat Materials 14 İyun 2023 10:35 (UTC +04:00)
Bu il Azərbaycanda istehlakçılara 161 min manatdan çox vəsait geri qaytarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 1114 müraciəti təmin olunub.

Bu barədə Trend-ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Təmin olunmuş müraciətlərin nəticəsində 161 731 manat vəsait istehlakçılara geri qaytarılıb, 33 228 manat məbləğində dəymiş ziyan ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti