...

Rusiyanın aviaşirkəti Azərbaycana yeni reyslər işə salır

İqtisadiyyat Materials 15 İyun 2023 10:24 (UTC +04:00)
Rusiyanın aviaşirkəti Azərbaycana yeni reyslər işə salır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "IrAero" aviaşirkəti iyulun 4-dən Saratov-Bakı marşrutu üzrə uçuşların yeni istiqamətini açır.

Trend bu barədə cümə axşamı xəbər verir.

Aviaşirkətin məlumatlarına görə, reyslər "Superjet-100" təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.

Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-da qalxacaq və saat 19:05-də Saratova enəcək. Əks istiqamətdə reys saat 20:20-də qalxacaq və saat 22:55-də eniş edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti