...

Bu ilin yanvar-may aylarında 279 ton çay ixrac edilib

İqtisadiyyat Materials 19 İyun 2023 04:58 (UTC +04:00)
Bu ilin yanvar-may aylarında 279 ton çay ixrac edilib

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında 279 ton çay ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 2,5 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə 5,1 milyon dollarlıq 886 ton çay ixracı həyata keçirilib.

Hesabat dövründə 4241 ton bitki və heyvan mənşəli yağlar və piylər ixrac olunub ki, onun da dəyəri 7,8 milyon dollar təşkil edib. Keçən il dəyəri 13,7 milyon dollar olan 7794 ton bitki və heyvan mənşəli yağlar və piylər ixrac olunub.

Beş ayda şəkər tozunun ixracında artım olub. Belə ki, yanvar-may aylarında 18,5 min ton şəkər tozu ixrac olunub. İxracın dəyəri 13,3 milyon dollar təşkil edib. 2022-ci ildə isə məbləği 9,2 milyon dollar olan 14,4 min ton şəkər tozu ixracı həyata keçirilib.

Tərəvəz və meyvələrin emal məhsullarının ixracında da yanvar-may aylarında artım müşahidə olunub. Beş ayda 10,5 min ton tərəvəz və meyvələrin emal məhsulları ixrac olunub. İxracın dəyəri 13,8 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə 8,7 milyon dollarlıq 7283 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti