Bakı. Trend:
Hər zaman demişəm ki, iş yerlərinin uğuru işçilərimizin yaratdığı dəyərdir, uğursuzluqlar isə hər zaman menecerlərin, idarəçilərin uğursuzluğudur.
Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, çünki yekunda o dəyər üçün işçilərin seçilməsi rəhbərlər tərəfindən atılan addımlardır.
"Ona görə də növbəti dövrdə o dəyərin inkişaf etdirilməsi üçün addımlar atacağıq. Dövlət sektoruna hər zaman təşəbbüskar, yaradıcı və yeniliklərə imza atmaq istəyən gənclərimizi cəlb edə biləcəyik", - deyə nazir əlavə edib.