Bakı. Trend:
"FINCA Azerbaijan" fermerlərin və kənd təsərrüfatı müəssisələrinin öz bizneslərini inkişaf etdirmək və ailələrinin gəlirlərini artırmaq məqsədilə lazım olan maliyyə vəsaitlərini ala bilmələri üçün əvvəlki kimi Azərbaycanın kənd bölgələrində maliyyə vəsaitlərinə çıxış imkanının genişləndirilməsinə böyük zərurət görür.
Trend cümə günü xəbər verir ki, bunu "FINCA Azerbaijan"ın baş direktoru Timoti Tarrant mətbuat konfransında deyib.
"Əvvəlki illərin artım trayektoriyasını davam etdirməyi planlaşdırırıq. Həmçinin bugünkü və gələcək müştərilərimizin ehtiyaclarını daha yaxşı qarşılamaq məqsədilə rəqəmsallaşma üzrə səyləri gücləndirməyə davam etmək niyyətindəyik. Eyni zamanda bazarın digər institutlar tərəfindən xidmət göstərilməyən hissələrinin maliyyə vəsaitlərinə çıxış imkanının genişləndirilməsinə xüsusi diqqət ayırırıq. Qadın sahibkarları və məhdud imkanlara malik gəncləri, yenə də kənd yerlərində maliyyə vəsaitlərinə çıxış imkanını xüsusilə qeyd etmək istərdim, zənnimizcə kənd yerlərində buna hələ də böyük ehtiyac var. Biz dünyada ilk törəmə bank olmaqla tam şəkildə mərkəzləşdirilmiş biznes modelini tətbiq etmişik və səmərəliliyin artırılmasına fokuslanmaqla bundan sonra da bu modeldən istifadə etməyi planlaşdırırıq. Bundan vacib olan isə odur ki, müştərilərə xidmət göstərilməsinə, onların ehtiyac və gözləntilərini daha yaxşı qarşılamağa daha çox diqqət yetiririk", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)