...

Xalq Bankda depozit seyfləri daha sərfəli oldu!

İqtisadiyyat Materials 18 Avqust 2023 12:34 (UTC +04:00)
Xalq Bankda depozit seyfləri daha sərfəli oldu!

Bakı. Trend:

Xalq Bankın müştərilərə qiymətli əşya, pul və sənədlərini rahatlıqla etibar edəcəkləri depozit seyfi xidməti daha sərfəli oldu!

18 avqust tarixindən etibarən müştərilər yeni kampaniyadan yararlanaraq depozit seyfi icarəyə götürərkən ilk 3 ayın ödənişinə 50% endirim qazanacaq. Endirimli kampaniya Xalq Bankın regionlardakı bütün filiallarına və Bakı şəhərində yeni ünvanda yerləşən “Yubiley” filialına şamil olunur. Təklif 18 avqust – 31 dekabr tarixlərində keçərlidir.

Xalq Bankda sizin qiymətliləriniz daim etibarlı mühafizə altında olacaqdır. Seyflərin icarə qiyməti qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq dəyişir. Aylıq icarə haqqı 2.5 AZN-dən başlayır.

Xalq Bankın ölkə ərazisində 30 filialdan ibarət xidmət şəbəkəsi barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/xidmet-sebekesi

Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti