...

ASCO sədri İstanbulda təmir olunan gəmilərin heyət üzvləri ilə görüşüb

İqtisadiyyat Materials 18 Avqust 2023 22:43 (UTC +04:00)
ASCO sədri İstanbulda təmir olunan gəmilərin heyət üzvləri ilə görüşüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev “ASCO Türkiyə”nin İstanbuldakı ofisində və Altınova/Yalova bölgəsində yerləşən Gürdesan tərsanəsində təmir edilən “Natavan”, “Qafur Məmmədov” və “Üzeyir Hacıbəyli” quru yük gəmilərində olub və heyət üzvləri ilə görüşüb.

Trend xəbər verir ki, ASCO sədri xarici sularda istismar olunan gəmilərin heyət üzvləri ilə görüşündə dənizçilərə göstərilən diqqət və qayğıdan, qarşıya qoyulan məqsəd və hədəflərdən, donanmalarımızın yenilənməsi prosesindən, beynəlxalq dəniz daşımalarındakı mövqelərimizin möhkəmlənməsindən danışıb. Eyni zamanda gəmiçiliyin beynəlxalq sularda fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar qarşıya qoyulan tapşırıqların icrası ilə əlaqədar görülən və görüləcək işlər barədə ətraflı məlumat verib.

Sədr bildirib ki, hazırda xarici sularda üzən gəmi heyətlərinin hazırlıq səviyyəsi xüsusi önəm daşıyır. O, heyət üzvlərinin işə münasibəti, nizam-intizamı, liman nəzarət müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı komandir heyətinin məsuliyyəti barədə ciddi tapşırıq və tövsiyələrini verib.

Daha sonra Rauf Vəliyev gəmiçiləri dinləyərək onların qayğıları və problemləri ilə maraqlanıb.

Rauf Vəliyev Gürdesan tərsanəsinin fəaliyyəti və imkanları ilə də yaxından tanış olub. O həmçinin zavod rəhbərliyi ilə görüşərək cari və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti