...

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar artdı

İqtisadiyyat Materials 22 Avqust 2023 17:33 (UTC +04:00)
Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar artdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 69 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,1 dəfə çoxdur.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 1 il əvvələ nisbətən 22,5 % az - 31 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 8 səhmdar cəmiyyətinin səhm paketi (38,5 % az), 11 kiçik dövlət müəssisəsi (10 % çox), 2 yarımçıq tikili sahəsi (eyni) və 303 nəqliyyat vasitəsi (8,3 % az) özəlləşdirilib.

7 ayda hərraca çıxarılmış dövlət əmlakı üzrə 167 elektron sifariş (25,1 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma (43,55 %) reallaşıb, hərrac vasitəsilə 28 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti