...

Mikayıl Cabbarov Çində konfransda iştirak edib (FOTO)

İqtisadiyyat Materials 3 Sentyabr 2023 10:53 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Çində İnvestisiya ilində: Xidmət Sektorunda Daha Açıqlığın Təşviqi Konfransı"nda iştirak edib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

"Çin Beynəlxalq Xidmətlər Ticarət Sərgisi (CIFTIS) çərçivəsində keçirilən "Çində İnvestisiya ilində: Xidmət Sektorunda Daha Açıqlığın Təşviqi Konfransı" adlı tədbirdə biz qlobal tərəfdaşlıqların genişləndirilməsində xidmət sektorunun əhəmiyyətini vurğuladıq.

Konfrans çərçivəsində Çin Xalq Respublikasının ticarət naziri Vanq Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi potensialı barədə fikir mübadiləsi apardıq" - nazir paylaşımında əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti