Bakı. Trend:
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Trend xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 94,58 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 91,39 dollar təşkil edib.