Bakı. Trend:
2023-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barrel olub.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bunun 498 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.