...

ARDNF-dən büdcəyə transfertlər artırılır

İqtisadiyyat Materials 21 Sentyabr 2023 13:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 781 milyon manat nəzərdə tutulub.

trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9 % çoxdur.

ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,9 %-i qədərdir.

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulan 5 milyard 640 milyon manat məbləğində transfertə qarşı 2 milyard 661 milyon manat məbləğində transfert daxil olub.

Hesabat dövründə Neft Fondundan cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2 milyard 979 milyon manat və ya 52,8 % az istifadə olunmasına imkan verib.

Xəbər lenti

Xəbər lenti