...

Naxçıvanda 13 minə yaxın uçotdan yayınma halı aşkarlandı

İqtisadiyyat Materials 22 Sentyabr 2023 15:48 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb və bu zaman vergi ödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi ilə 12 542 kənarlaşma aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəlumat yayıb.

Bildirilib ki, təsərrüfat obyektlərinin mövcudluğu, vergi ödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil nəzarət kassa aparatı (NKA) qeydiyyatdan çıxarılıb, 279 ədəd yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.

Dürüstləşdirilmə prosesi çərçivəsində uçot məlumatlarında olan uyğunsuzluqlar və müşahidə zamanı aşkar edilmiş kənarlaşmalar vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti