...

Energetika Nazirliyinin idxal və ixrac üçün verdiyi icazələrin sayı açıqlandı

İqtisadiyyat Materials 4 Oktyabr 2023 10:33 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 9 ayında Energetika Nazirliyi tərəfindən 190 icazə verilib.

Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 190 icazə verilib. Onlardan 136-ı ixrac nəzarətinə düşən malların idxalı, 6-ı ixracı, 48-i isə tranziti ilə bağlı olub.

9 ay ərzində 172 icazənin verilməsi 5 saylı, 18 icazənin verilməsi isə 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından etibarən Energetika Nazirliyi tərəfindən icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti