...

Azərbaycanda tikinti materialları bazarında kəskin ucuzlaşma - Səbəblər AÇIQLANDI

İqtisadiyyat Materials 9 Oktyabr 2023 16:04 (UTC +04:00)
Azərbaycanda tikinti materialları bazarında kəskin ucuzlaşma - Səbəblər AÇIQLANDI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada rublun dəyərdən düşməsi bu ölkədən Azərbaycana gətirilən tikinti materiallarının ucuzlaşmasına səbəb olub.

Satıcılar Trend-ə bildirib ki, bir neçə gün ərzində taxtanın qiyməti 20 faiz aşağı düşüb.

Belə ki, ötən il taxtanın 1 kubmetrinin qiyməti 450 manata qədər yüksəldiyi halda, hazırda təxminən 300 manata təklif edilir.

Bazarda diktlərin də qiymətində azalma müşahidə olunur. Ümumiyyətlə, rublun ucuzlaşması bir neçə tikinti materialının qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, rublun ucuzlaşması uzunmüddətli proses olarsa, tikinti materialları ucuzlaşacaq.

"Araşdırmalar göstərir ki, bu tendensiya artıq müşahidə olunmaqdadır. Yay aylarından müəyyən qiymət azalmaları müşahidə olunur. Lakin bu ucuzlaşma tək rublun məzənnəsi ilə bağlı deyil. Ölkəmizdə tikinti materiallarının durmadan artımı bu sahədə fəaliyyət göstərən bir sıra sahibkarlara alternativ variantlar üzərində düşünməyə imkan yaratdı. Həmin sahibkarlar əsas tikinti materiallarını özləri idxal etməyə başladılar. Bu səbəbdən tələbin müəyyən qədər azalması müşahidə olunur", - deyə o qeyd edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 24,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti