...

AMB yeni strategiya hazırlayır - Sədr elan ediləcəyi vaxtı AÇIQLADI

İqtisadiyyat Materials 10 Oktyabr 2023 19:06 (UTC +04:00)
AMB yeni strategiya hazırlayır - Sədr elan ediləcəyi vaxtı AÇIQLADI
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta və kapital bazarları sektoru kifayət qədər kiçikdir, lakin kifayət qədər böyük potensialı var. Mərkəzi Bank hazırda ümumi maliyyə sektoru və hər bir alt sektor üzrə - bank sektoru, sığorta, kapital bazarları və ödəniş sistemləri sahəsində ayrıca strategiya hazırlayır.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

"Çox güman ki, növbəti bir ayda biz bunu ictimaiyyətə də açıqlayacağıq".

T.Kazımov vurğulayıb ki, sığorta haqlarının ÜDM-də payı cəmi 1,1 faizdir:

"Bu, kifayət qədər aşağıdır, lakin düşünürəm ki, potensial yüksəkdir. Bizim əsas marağımız ilk növbədə icbari sığorta növləri üzrə sığorta şirkətlərinin göstərdiyi xidmətləri, ümumilikdə həmin sığorta növlərinin tənzimlənməsini daha effektiv, daha şəffaf, daha istehlakçı yönümlü olmasını təmin etməkdir. İkinci mərhələdə isə könüllü sığorta növlərinin inkişafına dəstək olmağı nəzərdə tutmuşuq. Hər il sığorta haqları 25-30 faiz artım göstərir, sığorta ödənişlərində də, demək olar ki, eyni göstəricilərdir".

AMB sədrinin sözlərinə görə, lakin burada sığorta şirkətlərinin korporativ idarəetmə standartlarına yenidən baxılmalıdır:

"Hazırda bu istiqamətdə işlər gedir. Xarici məsləhətçilərlə birgə kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşması istiqamətində təşəbbüslərin formalaşması üzərində çalışırıq. İstəyimiz odur ki, iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolu artsın. İqtisadiyyatın inkişafının maliyyələşməsində bankların rolu artmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti