...

Azərbaycanda əhalinin nominal gəlirləri 58 mlrd. manatı ötüb

İqtisadiyyat Materials 11 Oktyabr 2023 17:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 18,3 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, son 1 ildə Azərbaycanda adambaşına düşən nominal gəlir isə 13,1% artaraq, 5 717 manata yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti