...

Tikinti materialları ucuzlaşsa da, evlərin qiyməti niyə bahalaşır? - AÇIQLAMA

İqtisadiyyat Materials 19 Oktyabr 2023 14:57 (UTC +04:00)
Tikinti materialları ucuzlaşsa da, evlərin qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada rublun məzənnəsinin dollara nisbətən dəyərdən düşməsi ilə əlaqədar olaraq ölkəmizdə tikinti materiallarının da qiyməti ucuzlaşıb. Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının cüzi ucuzlaşması və bahalaşması mənzilin hər kvadratmetrində 30-50 manat civarında fərq edir.

"Lakin tikinti materialları cüzi ucuzlaşandan bəri qiymətlər hər kvadratmetrə 200-500 manata qədər bahalaşıb. Qiymətlərin artımına əsas səbəb odur ki, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi qalmayıb.

Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikinti şirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır. Çünki bunun özü dövlət layihəsidir", - deyə ekspert əlavə edib.

E.Fərzəliyev bildirib ki, tikinti materiallarının ucuzlaşması həyət evlərinin də qiymətlərinə təsir etməyib. Həyət evləri də kəskin bahalaşıb. Əsas səbəb isə ev tikintisi üçün yararlı torpaqların azalmasıdır.

"Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyə yararlı torpaqların qiymətinin baha olmasıdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti