...

Azərbaycanda 4 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Materials 7 Noyabr 2023 18:08 (UTC +04:00)
Azərbaycanda 4 nəqliyyat vasitəsi özəlləşdirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2 000 manat olsa da, son təklif 4 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2 000 manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3 150 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36SjYG linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar noyabrın 14-də, 17-də, 21-də və 28-də keçiriləcək. Hərraclara 116 nəqliyyat vasitəsi çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti