...

Bu il verilən güzəştli kreditlərin həcmi AÇIQLANDI

İqtisadiyyat Materials 13 Noyabr 2023 12:52 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 10 ayında sahibkarların ümumi dəyəri 294 milyon manatdan çox 2,4 mindən artıq layihəsinə 127 milyon manatadək güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, cari ildə verilmiş kreditlərin məbləğ üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

O, qeyd edib ki, cari il ərzində yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib.

“Ölkənin əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib”, - deyə M.Cabbarov əlavə edib.

Xəbər lenti

Xəbər lenti