Bakı. Trend:
Azərbaycanın gömrük prosesinin şəffaflığı, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin yüngülləşdirilməsi xarici ticari fəaliyyət iştirakçılarının və büdcə gəlirlərinin artmasına səbəb olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.
Onun sözlərinə görə, son üç il ərzində Azərbaycanın qeyri-neft məhsulları ixracında qeyri-üzvi kimya və plastik məhsulların payı artıb.
"2015-2022-ci illərdə qeyri-neft məhsullarının ixrac həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracının çeşidliliyinin sayı artıb. 5700 növ məhsuldan 1990-u ixraca, 1234-ü isə daimi ixraca yönəldilib. Son üç il ərzində ixrac səbətinə 35 yeni məhsul daxil olub", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 26,412 milyard manatı keçib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3 faiz azdır.
Qeyd edək ki, Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 20-də Bakıda "Gömrük-Biznes Forumu 2023" keçirilib.
Forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)