...

Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb

İqtisadiyyat Materials 29 Noyabr 2023 15:58 (UTC +04:00)
Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 26776,2 milyon manat olub

Bu barədə Trend-ə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verilib.

Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 11188,9 milyon manata bərabər olub.

Xatırladaq ki, istehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti