...

“PAŞA Kapital”da dekabr fürsəti - Ölkənin lider investisiya şirkəti səhm alışı zamanı tətbiq edilən minimal komissiyanı 1 dollar etdi

İqtisadiyyat Materials 1 Dekabr 2023 14:39 (UTC +04:00)
“PAŞA Kapital”da dekabr fürsəti - Ölkənin lider investisiya şirkəti səhm alışı zamanı tətbiq edilən minimal komissiyanı 1 dollar etdi

Bakı. Trend:

Yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaradan “PAŞA Kapital” investisiya xidmətlərini müştəriləri üçün daha əlçatan edir. Belə ki, dekabr ayı ərzində şirkətin həyata keçirdiyi kampaniya çərçivəsində səhmlərin alışı zamanı minimal komissiya bir dollara kimi endirildi. Bununla da “PAŞA Kapital” müasir investisiya imkanlarını daha sərfəli şərtlərlə təklif etməklə yanaşı, ölkədə investisiya təcrübəsinin inkişaf etdirilməsinə töhfə vermiş olacaq.

Özündə 3000-dən çox maliyyə alətini cəmləşdirən “PAŞA Kapital”ın investisiya platforması 1500-dən çox səhmin ticarət əməliyyatını həyata keçirmək imkanı verir. Eyni zamanda, çoxfunksional və rahat interfeysə malik olan bu platforma hesab statistikasını, trend təhlilini və maliyyə xəbərlərini real vaxt rejimində izləməyi, eləcə də hesaba mədaxil əməliyyatını sürətli şəkildə həyata keçirməyi mümkün edir. Əlavə məlumat və ticarət hesabı açmaq üçün veb səhifəyə daxil ola bilərsiniz. https://www.pashacapital.az/fx/lp/real-hesab-ac

Mütəxəssislərdən dəstək almaq üçün 1548 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, kampaniyanın şərtləri dekabr ayının 31-nə dək qüvvədə olacaqdır və marja ticarətinə tətbiq edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti