Dubay. Trend:
Qazıntı yanacağı barədə danışmağın vaxtı gəlib çatıb.
Trend bazar ertəsi xəbər verir ki, bunu Fransanın ətraf mühit və energetika naziri Barbara Pompili Dubayda (BƏƏ) keirilən COP28 konfransında deyib.
O, Fransanın bu təşəbbüsü lap əvvəldən dəstəklədiyini qeyd edib.
Nazirin sözlərinə görə, dünyanın köhnə regionları arasından bu təşəbbüsün iştirakçıları getdikcə artmaqdadır.
"Tədbir görmək, qazıntı yanacağı üzrə məsələləri iddialı və dəqiq şəkildə formalaşdırmaq lazımdır. Fransa 2017-ci ildə milli səviyyədə qazıntı yanacağının yeni kəşfiyyatı və istismarının qadağan edilməsi və xammal emalının başa çatdırılması üzrə iddialı öhdəliklər götürüb", - o deyib.
Nazirin sözlərinə görə, tullantıların azaldılması qazıntı yanacağının istehsalı və istehlakından mərhələli imtina üçün lazım olan tədbirlərin təxirə salınması üçün istifadə edilə bilməz.
"Qazıntı yanacağlndan keçid ədalətli və nizamlı şəkildə olmalıdır. Bu proses uğurlu olması üçün idarə oluna bilməlidir. Ölkələrdən inkişaf və iqlim dəyişikliyi arasında seçim etmələrini istəyə bilmərik. Fikrimizcə, enerjiyə çıxış imkanı və iqtisadi artım ehtiyacını qarşılamağın yolu var", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)