...

Bu il göstərilən vergi xidmətlərinin sayı açıqlandı

İqtisadiyyat Materials 12 Dekabr 2023 11:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 591 min 630 şəxs qəbul edilib və onlara 1 milyon 39 min 162 sayda xidmət göstərilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bunlardan 287 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 239 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,2 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Cari ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 27 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 590 minədək SMS göndərilib. Dövr ərzində 2982 vergiödəyicisinin iştirakı ilə 263 görüş keçirilib, 4721 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən 242 min 737 müraciət üzrə 371 min 901 "Asan İmza" sertifikatı verilib. Həmçinin, 18,9 mindən çox vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan "Asan İmza", onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti