...

"Bakı Fond Birjası"nın dövriyyəsi ARTIB

İqtisadiyyat Materials 8 Fevral 2024 17:46 (UTC +04:00)
"Bakı Fond Birjası"nın dövriyyəsi ARTIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269,04 milyon manat təşkil edib.

Trend BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 1,5 % azalaraq 929 olub.

BFB-nin dövriyyəsinin 70,7 %-i və yaxud 1 milyard 605,236 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 21,5 % azalaraq 507,623 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,3 dəfə artaraq 156,182 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti