...

Azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb - SİYAHI

İqtisadiyyat Materials 12 Fevral 2024 14:59 (UTC +04:00)
Azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb - SİYAHI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib.

Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən illə müqayisədə 53.9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur. Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2056 dəfə, Laçında 5.4 dəfə, Kəlbəcərdə 2.2 dəfə, Ağdamda 76.6%, Qubadlıda isə 63.5% artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 1 mlrd. 502.3 mln. manat), Kəlbəcər ( 874.2 mln. manat) və Füzuli ( 657.6 mln. manat) rayonlarına ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti