...

Yanvarda qeyri-neft ixracı 222 milyon dollar olub

İqtisadiyyat Materials 29 Fevral 2024 14:12 (UTC +04:00)
Yanvarda qeyri-neft ixracı 222 milyon dollar olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 222 milyon dollar təşkil edib. Ümumi ixrac 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 22 faiz azalıb.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadən bildirir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon dollara bərabər olub.

Bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4 faiz artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti