...

"Bakı metropoliteni" QSC-də yoxlamalar aparılacaq

İqtisadiyyat Materials 8 Aprel 2024 15:57 (UTC +04:00)
"Bakı metropoliteni" QSC-də yoxlamalar aparılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ildə "Bakı metropoliteni" QSC-də yoxlamalar aparılacaq

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü il ərzindəki fəaliyyətin yekunlarına və gələcək hədəflərə həsr olunan mətbuat konfransında deyib.

"2024-cü Bakı Metropoliteninin, büdcədən kənar fondların, dövlət borcunun auditini həyata keçirməyi planlaşdırırıq. Сari ildə 45 audit həyata keçirməyi planlaşdırırlar", - o deyib.

Qeyd edək ki, Hesablama Palatasının fəaliyyət istiqaməti əsasən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmin Qanuna əsasən Palata kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verir, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti fəaliyyətinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparır, dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir və xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti